Polşada keçirilən III Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı müəyyənləşib.
Bayraqdar funksiyasını Oyunların gümüş medalçısı və Paris Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.
Xatırladaq ki, Oyunların açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olmuşdular.