“Qarabağ” “Ferentsvaroş”la heç-heçə edib

post-img

Azərbaycanın “Qarabağ” futbol klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoldaşlıq görüşünü keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşıb. “Leerberg Arena”dakı oyun 3:3 hesabı ilə başa çatıb. Komandamızın heyətində Nəriman Axundzadə dubla imza atıb. Üçüncü qolun sahibi isə Leandro Andrade olub. 

İdman