Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq konfransları (MINEPS) üç ildən bir ildən bir keçirilir. COVID-19 pandemiyası ilə əlaqədar biz yeddi il ərzində bu tədbiri təşkil edə bilmədik.
Bu sözləri UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos iyunun 27-də təşkil olunan mətbuat konfransında deyib.
“Biz özəl sektordan 19 əməkdaşımızı buraya gətirmişik. İdman dünyasında çox uğurlu liderlər var. Bakıda bu forum nəticəsində bir sənəd imzalayacağıq. Bunun nəticəsində maliyyə məsələsini təmin edərək, bütün dünyada idmanın bərabər şəkildə inkişaf etməsinə nail ola bilək”, - deyə Q.Ramos bildirib.