19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması üzərində 2:1 hesablı qələbə qazanıb.
U-19-un qollarını 45+1-ci dəqiqədə Sadiq Şəfiyev, 82-ci dəqiqədə isə Ravil Qafarov vurublar.
Qeyd edək ki, bu oyun Qəbələdə təlim-məşq toplanışında olan komandamızın hazırlıq çərçivəsində ilk yoldaşlıq görüşü olub.
Millimiz hazırlıq çərçivəsində növbəti oyununu iyunun 20-də Belarusun U-19 komandasına qarşı keçirəcək.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

