Bu gün Dünya Qadın Seriyasının Şuşa mərhələsində dörddəbir final və yarımfinal mərhələsinin oyunları baş tutub. İlk dörddəbir final oyununda Macarıstan millisi Rumıniyaya 21-13 hesabı ilə qalib gələrək, yarımfinalda "Neftçi" nin rəqibi olub.
İkinci dörddəbir final oyununda isə Almaniya seçməsi "G FLOU" (Yaponiya) klubuna 22-16 hesabı ilə qalib gəlib və ikinci yarımfinalda Niderland komandasına rəqib olub. Birinci yarımfinal oyununda "Neftçi" klubu, Macarıstan yığması ilə üz-üzə gəlib. Gərgin mübarizənin yekununda rəqibinə 15-14 hesabı ilə qalib gələn "Neftçi" ilk finalçı olub.
Qeyd edək ki, "Neftçi" nin finalda rəqibi Almaniya millisinə 21-10 hesabı ilə qalib gəlmiş Niderland seçməsi olacaq.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

