Sərbəst güləşçilərimiz Avropa birinciliyində yarışacaqlar

post-img

Avropa çempionatında iştirak edəcək U-17 sərbəst güləş üzrə millimizin heyəti açıqlanıb. İyunun 16-dan 18-dək Albaniyanın paytaxtı Tiranada keçiriləcək qitə birinciliyində iştirak edəcək yığmamızın üzvləriylə görüş keçirilib.

Azərbaycan Güləş Federasiyası İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev və baş katib Nəsimi Musayev güləşçilərə uğur arzulamaqla yanaşı, idman prinsiplərinə riayət etmələrini tapşırıblar. Böyük məşqçi Əsgərxan Novruzov Avropa çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını və Vətənə uğurlu nəticəylə dönəcəklərinə inandıqlarını deyib.

Qeyd edək ki, məsul yarışda ölkəmizi Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edəcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman