Son beş mövsümdə ən yüksək göstərici

post-img

Azərbaycan Kubokunun 2022-2023-cü illər mövsümündə 50 qol vurulub. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, bu, son 5 mövsündə qeydə alınan ən yüksək göstəricidir.

Məlumatda o da qeyd olunur ki, sonuncu dəfə belə yüksək məhsuldarlıq 2017-2018-ci illər mövsümündə qeydə alınıb. Həmin vaxt qol statistikası 67-yə bərabər olub.

Onu da qeyd edək ki, 2018-2019-cu illər mövsümündə bu göstərici 39, sonrakı yarışda 30 qol olub. 2020-2021-ci illər mövsümündə 40, ötən kubokda isə 48 top olub.

Sonda əlavə edək ki, sabah Azərbaycan Kubokunun finalında "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gələcəklər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman