Bu gün Türkiyənin günü idi

post-img

Bu gün Bakının ev sahibliyi etdiyi taekvondo üzrə sayca 26-cı dünya çempionatının 4-cü yarış gününə yekun vurulub.

Bu gün daha iki dəst medal sahibini tapıb. Belə ki, kişilərin yarışında 63 kiloqram çəki dərəcəsində Türkiyə taekvondoçusu Hakan Recber dünya çempionu tituluna yiyələnib.  H.Recber finalda Tailand idmançısı Banlunq Tumtimdanqdan üstün olub. Bu görüşdən sonra Banlunq gümüş medala yiyələnib. Bu çəki dərəcəsində bürünc medalları isə Xuan Jorquera Sala (İspaniya) və Karlos Navarro (Meksika) qazanıblar. 

Qeyd edək ki, qadın taekvondoçular arasında +73 kiloqram çəkidə dünyanın ən güclü taekvondoçusu da Türkiyə idmançısı Nafiya Kuş olub. Bu çəkidə gümüş medal özbəkistanlı Svetlana Osipovaya nəsib olub. Bürünc medallari isə Kristina Adebayo (Dünya Taekvondosu) və Blanka Kuk (Böyük Britaniya) qazanıblar. 

Qeyd edək ki, artıq 16 dəst medaldan 10-u sahibini tapıb. Geridə qalan üç gündə isə daha 3 dəst medal uğrunda mübarizə davam edəcək.

Onu da əlavə edək ki,  bu gün mübarizəyə qoşulan Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) yarışda mübarizəni dayandırıb. 
 
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman