Kubok oyunundan öncə mətbuat konfransı olacaq

post-img

İyunun 3-də saat 20:00-da “Bakcell Arena” stadionunda “Neftçi” və “Qəbələ” komandaları arasında Azərbaycan kubokunun final matçı keçiriləcək.

"Xalq qəzeti" Bakı klubunun rəsmi saytına istinadən xəbər bildirir ki, həlledici qarşılaşmadan bir gün öncə baş tutacaq hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı müəyyənləşib:

Belə ki, iyunun 2-si saat 17:30 – “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın mətbuat konfransı olacaq.  Həmin gün saat 18:00 –da “Neftçi”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq) keçiriləcək.

Axşam saat 19:30 –da “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı təşjil olunacaq. 

Saat 20:00 –da isə “Qəbələ”nin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq) baş tutacaq.

"Xalq qəzeti"

İdman