Jül Kunde mövqeyindən narazıdır

post-img

“Onefootball” portalının məlumatına görə, “Barselona” klubunun fransalı müdafiəçisi Jül  Kunde komandadan ayrılmaq istəyir. Mənbə qeyd edir ki, o, gənc müdafiəçi sağ cinah mövqeyində oynamaqdan narazıdır. 

Hətta Kundenin bu barəd fikirlərinin klubun baş məşqçisi Xavi ilə bölüşdüyü qeyd edilir. Fransa millisinin üzvü ona daha doğma mövqe sayılan  müdafiənin mərkəzində oynamaq istədiyini açıqlayıb. 

Qeyd edək ki, 24 yaşlı müdafiəçi ötən ilin yayında “Sevilya” klubundan Kataloniya təmsilçisinə transfer olunub. Cari mövsümdə “Barselona”nın heyətində, ümumilikdə, 38 oyuna çıxan Kunde 1 qol, 6 məhsuldar ötürmənin müəllifi olub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman