Avropanın ən güclü gimnastları Bakıda

post-img

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatı start götürür. “Ulduz kimi parla” şüarı ilə keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) iştirak edəcək. 

Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda he­sabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə ko­mandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

Ölkəmiz yarışda böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova ilə təmsil olunacaq. 

Güllü Ağalarzadə, Ləman Əlimura­dova, Kamilla Əliyeva, Zeynəb Hüm­mətova, Yelizaveta Luzan və Darya So­rokina isə qrup hərəkətləri proqramında böyüklər arasında xalça üzərinə çıxa­caqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizə apa­racaq. 

Avropa çempionatı mayın 21-dək davam edəcək.

İdman