ABŞ-ın Kornell Universitetinin alimləri süni intellektin təhlükələrini öyrənən araşdırma aparıblar. Bu barədə “new-science” nəşri məlumat verib.
Eksperimentə əsasən, süni intellekt həmsöhbətlərinin fikrinə təsir edə bilir. Müəyyən edilib ki, ChatGPT, Bard və ya Claude kimi chatbotlar istifadəçilərin məlumatı olmadan onların düşüncə tərzini dəyişə bilər. Amerikalı tədqiqatçıların apardıqları eksperiment nəticəsində süni intellektin yazılı mətnlərin məzmununa əhəmiyyətli təsir göstərdiyi bəlli olub.
Hətta bu, baş verən zaman süni intellektlə ünsiyyət quran həmsöhbət chatbotun öz fikirlərini ona tətbiq etdiyindən belə şübhələnmir. Çhatbotların təsiri ilə mübarizə aparmaq üçün tədqiqatçılar istifadəçilərə bu fenomenin necə işləməsi prinsipləri ilə tanış olmağı tövsiyə edirlər. Bu yolla onlar süni intellektlə danışmaqdan geri çəkilə bilərlər.
Bundan əlavə, alimlər hesab edirlər ki, insanlar alqoritmlərin rəylərinə əsasən işləmək istədikləri chatbotu seçə bilərlər.