Azərbaycan Dövlət Uşaq Filarmoniyası Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəbdə “El bilir ki, sən mənimsən” adlı konsert proqramı ilə çıxış edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil edilən konsertdə əvvəlcə ulu öndərin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Kamran İsalı çıxış edərək, tədbir haqqında ümumi məlumat verib.
Sonra Dövlət Uşaq Filarmoniyasının iştirakçıları maraqlı, rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Proqramda Azərbaycan, eləcə də müxtəlif dünya xalqlarının mədəniyyət nümunələrindən ibarət rəqs kompozisiyaları, mahnılar təqdim edilib.
L.SABİRQIZI, “Xalq qəzeti”