Basketbol üzrə dünya qadın seriyasının oyunları Astarada

post-img

Qadınlar arasında 3x3 basketbol üzrə dünya qadın seriyasının oyunları mayın 20-21-də Astarada keçiriləcək. 

Yarışda 3x3 qadın milli komandamızla yanaşı, ikisi klub olmaqla, ümumilikdə, 12 komanda iştirak edəcək. Belə ki, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıs­tan, Rumıniya, Ukrayna və Avstriyanın yığma komandaları, Çinin “Yuanda” və yerli “Neftçi” klubları da seriyada mübarizə aparacaqlar.

Yarış Astara şəhər bulvarında keçiriləcək.

İdman