Daha bir qızıl medal

post-img

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisdə keçirilən və “Paris-2024”ə lisenziya xarakteri daşıyan Afrika çempionatında qızıl medal qazanıb.

Yarışda millimizin üzvü İsa Rüstəmov (67 kq) birdən qal­dırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çə­kini başı üzərinə qaldırıb. Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaq­layıb.

Bundan əvvəl Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.

Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çem­pionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatında erməni təxribatına görə iştirak edə bil­məməsidir. 

 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman