Taekvondo Federasiyası idmançılarımızdan beş medal gözləyir

post-img

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov bildirib ki, təşkilat 3 kişi və 2 qadın idmançımızdan medal gözləyir. 

Nağı Səfərov Olimpiya və dünya çempionu Radik İsayev və Milad Beiqi Harçeqaninin karyeralarını başa vurmaları haqda da danışıb: "Ötən ilin dekabrında Radik İsayev və Milad Beiqi Harçeqani yaşla əlaqədar karyeralarını başa vurublar. Onlara şərt qoyulmuşdu ki, Respublika çempionatında iştirak etsinlər. Amma onlar bundan imtina etdilər. İslam Həmrəyliyi Oyunlarında da uğursuz çıxış etdilər. Özləri karyeralarını davam etdirməmək barədə qərar veriblərsə, indi onların nədənsə narazı qalmalarını başa düşmürəm".

O, sonda qeyd edib ki, Polşada keçiriləcək III Avropa Oyunlarına 8 idmançımız vəsiqə qazanıb.

Qeyd edək ki, Bakıda taekvondo üzrə dünya çempionatı 29 may - 4 iyun tarixlərində keçiriləcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman