Azərbaycan boksçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatını 2 medalla başa vurublar.
Millimizin üzvü, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi Alfonso Dominqes gümüş, Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülüb.
Mükafat fondu 5,2 milyon ABŞ dolları olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb.

