Tunisdə keçirilən ağır atletika üzrə 33-cü Afrika çempionatında Azərbaycanın ağırlıqqaldırma üzrə idmançısı böyük uğur qazanıb.
Millimizin üzvü Nazilə İsmayılova (45 kq) birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kiloqram çəkini ram edib, toplam 132 kiloqram (60+72) nəticə göstərib. Bu göstərici ilə o, bu çəki dərəcəsində həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda qalib olub.
Qeyd edək ki, Azərbaycan yığmasının başqa qitənin çempionatında çıxışına səbəb bu ilin aprelində İrəvanda keçirilən Avropa çempionatının açılışında bayrağımızın vəhşicəsinə yandırılması olub.
L.QURBANOVA, “Xalq qəzeti”

