Ataman Güneyligil: “Azərbaycan voleybolunun əvvəlki şöhrətini qaytarmaq istəyirik”

post-img

Qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligil mətbuat konfransında çıxış edərək bildirdi ki, göstərilən etimada görə təşəkkür edir: “Azərbaycan voleybolunun əvvəlki uğurlarını və şöhrətini geri qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə yaxşı nailiyyətlər əldə olunub".

Ataman Güneyligil avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını söylədi. Türkiyəli məşqçi, həmçinin gənclərin voleybola cəlb edilməsinin prioritet vəzifə olduğunu söylədi. 

“Yerli məşqçilərlə fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün nəzərdə tutulub”, - deyə yeni baş məşqçi bildirdi.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə mübarizə aparacaq.

A.Elçin,
"Xalq qəzeti"

İdman