“Beşiktaş” klubu Bakıdadır

post-img

Xeyriyyə oyununda Azərbaycan Premyer Liqası təmsilçisi “Sabah”ın qonağı olacaq Türkiyənin “Beşiktaş” klubu artıq Bakıdadır.  Belə ki, bu gün Bakıya gələn Türkiyə klubunu Heydər Əliyev Beynəlxalq Hava Limanında çoxsaylı azarkeş kütləsi qarşılayıb.
Onu da əlavə edək ki, mayın 13-də keçiriləcək "Sabah" - "Beşiktaş" oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım üçün sərf ediləcək.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman