Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalı başa çatıb. Şahmatçılarımız yarışın A, B və C qrupunda mübarizə aparıblar.
Turnirin əsas yarışında təmsilçimiz Məhəmməd Muradlı son turda polşalı Aleksandar İndjicə məğul olub. O, 5-ci yerlə yerlə kifayətlənib. Digər şahmatçılarımızdan yalnız Aydın Süleymanlı və Nicat Abbasov ilk onluqda qərarlaşıblar. Əsas yarışın qalibi hindistanlı şahmatçı Leon Luke Mendonca olub.
Təmsilçilərimizdən B qrupunda Eldar Musayev, C qrupunda isə Şəmsi Qaraxanov birinci yeri tutublar.
Qeyd edək ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı mübarizə aparıb. Festivalın mükafat fondu 55 min ABŞ dollarıdır.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

