Paralimpiya çempionlarımız İtaliya Qran-Prisində yarışacaqlar

post-img

Azərbaycanın iki paraatleti İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcək. Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Bildirilir ki, atletika üzrə paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva adıçəkilən turnirdə mübarizə aparacaqlar.

Onlar bu gün start götürəcək Qran-Priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək.

Qeyd edək ki, Qran-Pri yarışı bu ilin iyulunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 

İdman