Dünya seriyasında güləşçilərimiz 2 medal qazanıblar

post-img

Çimərlik güləşi üzrə Dünya seriyasının ilk mərhələsini güləşçilərimiz 1 gümüş və 1 bürünc medalla başa vurublar. 


Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən yarışda İbrahim Yusubov (90 kq) A qrupunda ilk qarşılaşmalarda belçikalı Yonas Van Kaenegem, yunanıstanlı Xristos Samartsidis və panamalı Elton Morrisona, 1/4 finalda isə fransalı Matis Mayranda qalib gəlib. Təmsilçimiz yarımfinalda macarıstanlı Patrik Puespoekini mübarizədən kənarlaşdırsa da, həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) uduzaraq gümüş medalla kifayətlənib.  
Ramiz Həsənov (70 kq) B qrupunda panamalı Vilfrido Samanieqo, perulu Con Karreno və venesuelalı Vilfredo Rodrigesi, 1/4 finalda dominikanlı Albaro Kamaçonu məğlub edib. Yarımfinalda türkiyəli Servet Coşkunla bacarmayan güləşçimiz rumıniyalı Stefan Komaya sonuncu xal prinsipinə əsasən qalib gələrək bürünc medal qazanıb. 
Qeyd edək ki, Dünya seriyasının ikinci mərhələsi iyunun 10-11-də Sinqapurda olacaq. 

İdman