"Bakı Marafonu 2023"ün qalibləri müəyyənləşdi

post-img

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” start götürüb. 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir.

"Xalq qəzeti" xəbər verir ki, artıq "Bakı Marafonu 2023"ün qalibləri də məlumdur. Belə ki, kişilər arasında ukraynalı Boqdan Simonoviçin finişə birinci çatdığı bildirilir. İkinci yeri gürcü David Karataşvili, üçüncü yeri isə türkiyəli Arkan Çoban tutub. 

Qadınlar arasında ukraynalı Natalya Simonoviç finişə hamıdan öncə gəlib. Qardaş ölkə Türkiyə vətəndaşı Hasibe Demir ikinci, ukraynalı Valentina Poltavska isə 3-cü yerlə kifayətlənib.

Xatırladaq ki, budəfəki marafona 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. 

İdman