FIFA-nın Hakimlər Komitəsinin sədri hakimlərimizlə görüşüb

post-img

Beynəlxalq Futbol Federasiyasının (FIFA) Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Bakıda səfərdədir. Qurum rəsmisi səfər çərçivəsində Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşüb. Futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi görüşün əsas müzakirə mövzusu olub.

Stadionda, həmçinin P.Kollina ilə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlərin də görüşü baş tutub. FIFA rəsmisi hakimlərimizə töv­siyələrini verib.

Xatırladaq ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Gianni İnfantino arasında görüş zamanı Pyerluici Kollina­nın hakimlərimizlə görüşü müzakirə olun­muşdu.

İdman