Paralimpiyaçımız dünya çempionatına lisenziya qazanıb

post-img

Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri beynəlxalq turnirdə əzmkar mübarizəni davam etdirirlər. 

Almaniyanın Hannover şəhərində keçirilən yarışda kişilərdən ibarət ko­manda pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında gümüş medala sahib olub. Yığmanın heyətin­də Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev mübarizə aparıblar. Təmsilçilərimizdən Rafiq Əliyev yüksək nəticə göstərərək, dünya çempionatına lisenziya qazanıb.

Qeyd edək ki, turnir sentyabrın 17-29-da Perunun paytaxtı Limada keçirilə­cək dünya çempionatında iştirak üçün lisenziya qazandırır. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman