Minifutbolçularımız heç-heçə edib

post-img

Bu gün ümummilli  lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində qrup mərhələsinə yekun vurulub.

Günün son matçında  Minifutbol üzrə Azərbaycan millisi meydana çıxıb. Bakı Tennis Akademiyasında baş tutan oyunda yığmamız Serbiya seçməsi ilə üz-üzə gəlib. Görüşdə hesab açılmayıb. Bu oyundan sonra  Azərbaycan millisi A qrupunda 8 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Elşad Quliyevin yetirmələri sabah  əvvəlcə "pley-off" oyununda digər qrupun ikincisi olan Fransa yığması ilə qarşılaşcaq. Bu cütün qalibi elə sabah yarımfinalda Qazaxıstan seçməsi ilə görüşəcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman