Millimiz İtaliya yığmasına qalib gəldi

post-img

Mini-futbol üzrə Azərbaycan milli komandası Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyununu keçirib. Millimiz ikinci matçda İtaliya komandası ilə üz-üzə gəlib. 

Rəqibini iki cavabsız qolla məğlub edən Azərbaycan 4 xalla liderliyə yüksəlib. 

Qeyd edək ki, yığmamızın Çexiya seç­məsi ilə ilk oyununda hesab açılmayıb.

Millimiz qrup oyunları çərçivəsində mayın 3-də Gürcüstan, ayın 4-də isə Serbiya ilə üz-üzə gələcək. 

Turnirə mayın 6-da yekun vurulacaq.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman