“Qarabağ” “Neftçi”ni məğlub etdi

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub. “Bakcell Arena”da keçirilən turun son qarşılaşmasında “Neftçi” komandası lider “Qarabağ” klubunu qəbul edib. 

Matçı FIFA referisi İnqilab Məmmə­dov idarə edib.

Qarşılaşma Ağdam klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda turnir cədvə­lində lider olan “Qarabağ”ın hesabında 81 xalı var. 61 xala malik olan “Neftçi” nin sona 4 tur qalmış mövsümü bürünc medalla başa vuracağı rəsmiləşib.

Turun əvvəlki oyunlarında “Sumqayıt” Qəbələdə “Kəpəz”ə, “Sabah” evdə “Şa­maxı”ya 1:0, “Qəbələ” doğma meydanda “Səbail”ə 4:2, “Turan Tovuz” isə səfərdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib.

İdman