Azərbaycan millisi İtaliyaya qalib gəlib

post-img

Azərbaycan millisi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində növbəti oyununu keçirib.
Yığmamız A qrupundakı ikinci oyununda İtaliya seçməsi ilə qarşılaşıb. Rəqibini 2 cavabsız qolla məğlub edən Azərbaycan 4 xalla liderliyə yüksəlib.

Onu da əlavə edək ki, millimizin heyətində Rəvan Kərimov və Mirmehdi Rzayev fərqləniblər.

Qeyd edək ki, milli komandamız ilk turda Çexiya seçməsi ilə qolsuz heç-heçə etmişdi.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman