Futbol üzrə Azərbaycan kubokunda ikinci finalçı da müəyyənləşib

post-img

Futbol üzrə Azərbaycan kuboku yarışlarında ikinci finalçı da müəyyənləşib. Belə ki, dünən turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Səbail" klubu "Qəbələ"ni qəbul edib.

“ASCO Arena”da keçirilən görüş “Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 11 metrlik cərimə zərbəsindən qonaqların futbolçusu İsnik Alimi vurub.

Xatırladaq ki, komandalar arasında keçirilmiş ilk matçda "Qəbələ" klubu  3:2 hesablı əzmkar qələbə qazanmışdı.

Qeyd edək ki, bundan əvvəl "Neftçi" komandası ölkə kubokunda finala adlayan ilk komanda olmuşdu.

Elçin ABBASOV,
"Xalq qəzeti"

 

İdman