Maks Ferstappen: Bizi mövsümün sprintlə ilk uik-endi gözləyir

post-img

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, Maks Ferstappen yenidən sükan arxasına qayıtmaqdan məmnun olduğunu söyləyib. O deyib: “Fasilə uzun oldu, bu səbəbdən yürüşə qayıtmağı səbirsizliklə gözləyirəm. Bakı trasında hər şeyi dəqiq yerinə yetirmək çətindir. Bu uzun düz yolları olan şəhər trasında bizim antiqanad sazlaması üçün çoxlu variantlarımız var.

Bundan başqa, bizi mövsümün sprintlə ilk uik-endi gözləyir və bu səbəbdən mərhələ biz az xaotik ola bilər. Biz uik-endə yaxşı başlamağa və məşqi problemsiz keçirməyə çalışmalıyıq. Baxaq görək, nə etmək lazım olacaq”.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-dən 30-dək keçiriləcək.

İdman