Samboçularımız Avropa çempionatını 14 medalla başa vurublar

post-img

Yeniyetmə və kadetlərdən ibarət sambo millimiz İsrailin Hayfa şəhərində keçirilən Avropa birinciliyində yeddi medal qazanıb.

Yeniyetmələr arasında Elsevər Verdiyev  (64 kq) gümüş, Amin İsmayılov (53 kq) bürünc medala sahib olublar. Kadetlər arasında isə İsmayıl Əlipənahov (49 kq) gümüş, Toğrul Kərimli (53 kq), Nihad Rəhimov (58 kq), Kənan Məmmədli (71 kq), Hüseyn Hüseynli (88 kq) bürünc medal əldə ediblər. 

Bununla da, kişilərdən, gənclərdən, yeniyetmələrdən və kadetlərdən ibarət yığmamızın qazandığı medalların sayı 14-ə çatıb. Belə ki, bundan əvvəl gənc samboçularımız – Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) yığmamızın aktivinə bürünc medal əlavə ediblər. 
Kişilərin yarışında isə Mirfəttah Seyidəliyev (64 kq) ikinci, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) üçüncü yerləri tutublar.

İdman