Polşada altı medal

post-img

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları, ümumilikdə, 6 medal əldə ediblər. 

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, Polşanın Poznan şəhərində keçirilən turnirin ilk günündə beş çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Oğlanların yarışında Aydın Rzayev (66 kq) bürünc medal əldə edib. Qadir Hüseynov gümüş, Süleyman Əliyev (hər ikisi 73 kq) bürünc medal qazanıb.Qızların yarışında Nərmin Əmirli (78 kq) bürünc medala sahib olub. 

Yarışın ikinci günündə isə oğlanların mübarizəsində -90 kq çəkidə İsmayıl Zamanov və + 100 kq çəkidə Kənan Nəsibov bürünc medal qazanıblar. 

Qeyd edək ki,  -81 kq çəki dərəcəsində ömər Rəcəbli və -90 kq çəkidə Əjdər Bağırov yarışı beşinci yerdə tamamlayıblar. Qızların mübarizəsində isə -48 kq çəkidə Leyla Dəmirova yarışı beşinci pillədə başa vurub.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman