Şopronda 14 qızıl medal

post-img

Macarıstanın Şopron şəhərində üzgüçülük üzrə beynəlxalq turnirdə iştirak edən yeniyetmə və gənc  üzgüçülərimiz 14-ü qızıl, 8-i gümüş, 10-u bürünc olmaqla, ümumilikdə, 32 medal qazanıblar.  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkə hesabında bu barədə paylaşım edilib.

Xarırladaq ki, əvvəlcədən baş məşqçi Rəşad Əbdürrəhmanovun yarışda 18 idmançıya şans verəcəyi açıqlanmışdı .

Onu da əlavə edək ki,  turnirdə Azərbaycanla yanaşı, Almaniya, Fransa, Macarıs­tan, Slovakiya və Xorvatiya təmsil­çiləri mübarizə aparıblar.

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti

İdman