Dinq Liren hesabı bərabərləşdirib

post-img

"Chess.com" portalının  məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada Yan Nepomnyaşi ilə Dinq Liren arasında dünya şahmat tacı uğrunda mübarizənin altıncı qarşılaşmasında çinli qrossmeyster yenidən hesaba tarazlıq gətirib.

Qeyd edək ki, ilk dörd görüşdə tərəflər hərəyə bir qələbə qazanmışdırsa, iki görüş bərabərliklə yekunlaşmışdı. Bir günlük istirahətdən sonra yenidən ağ fiqurlarla (3-cü dəfə-red) oynayan Yan Nepomnyaşi beşinci görüşdə qələbə qazanaraq 3:2 hesabı il irəli olsa da, bu çox çəkmədi.

Qeyd edək ki, bu gün keçirilən altıncı görüşdə çinli Dinq Liren qələbə qazanıb. Hazırda altı görüşdən sonra hesab 3:3-dür. Sabah qrossmeysterlər istirahət edəcəklər. Aprelin 18-də yenidən iti zəka sahiblərinin növbəti görüşünə şahidlik edəcəyik.

 Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman