Nepomnyaşi yenidən hesabda önə çıxıb

post-img

"Chess.com" portalının  məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada Yan Nepomnyaşi ilə Dinq Liren arasında dünya şahmat tacı uğrunda mübarizənin beşinci qarşılaşmasında rusiyalı qrossmeyster yenidən hesabda önə keçib.

Belə ki, ilk dörd görüşdə tərəflər hərəyə bir qələbə qazanmışdırsa, iki görüş bərabərliklə yekunlaşmışdı. Bir günlük istirahətdən sonra yenidən ağ fiqurlarla (3-cü dəfə-red.) oynayan Yan Nepomnyaşi imkanı əldə edib. İkinci partiyada qara fiqurlarla qalib gələn rusiyalı qrossmeyster bu dəfə ağ fiqurlarla rəqibini çətin vəziyyətə salıb. Belə ki, Dinq Liren 37-ci gedişdə kobud səhvə yol verib. O, vəziri d7 xanasına qoymaq əvəzinə piyada ilə g5 xanasına gediş edib. Bu fürsətdən yararlanmağı  bacaran rusiyalı qrossmeyster 48-ci gedişdə Lireni təslim olmağa vadar edib. 

Qeyd edək ki, görüşdən sonra mediaya açıqlama verən Nepomnyaşi rəqibin yaxşı müdafiə olunmasına diqqət çəkib. Lakin buna baxmayaraq, güclü pressinq sayəsində onu səhvə məcbur etdiyini bildirib. 

Çinli qrossmeyster həmkarının əla oynadını etiraf edib. 

Sonda əlavə edək ki, 5 turdan sonra Nepomnyaşi yenidən hesabda öndə çıxıb. Hazırda şahmatçılar arasına 6-cı görüş keçirilir.

 Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman