“Formula 1”: Hemilton Şumaxerin rekordunu yeniləyib

post-img

Lyuis Hemilton “Formula 1” çempionatının xeyli rekorduna imza atıb. Yeni mövsümdə də pilot artıq üçüncü mərhələdə öz aktivinə daha bir tarixi nailiyyəti yazdırıb. Bununla da çempionatın tarixində ilk pilot olub ki, 17 ardıcıl mövsü­mün hər birində azı bir dəfə fəxri kürsüyə qalxıb.

“İzvestiya.ru”nun məlumatına görə, bundan əvvəlki rekord 1992-2006-cı illərdə 15 mövsüm ərzində ardıcıl olaraq ayrı-ayrı Qran-Prilərdə ilk üçlüyə daxil olan Mixael Şumaxerə məxsus idi. Yeganə və sonuncu – 2012-ci ilin fəxri kürsüsü nəzərə alınmaqla, almaniyalı pilot nəticəli mövsümlərin sayına görə mütləq re­kordçu idi.

2023-cü ildə bu nailiyyəti Lyuis Hemilton üstələdi. Britaniyalı 2007-ci ildən dünya çempionatında debü­tündən bəri hər il ilk üçlükdə mükafat qazanıb. 

“Xalq qəzeti”

İdman