"Sərhədçi" İdman Mərkəzində, qadınlar arasında basketbol üzrə Azərbaycan Kubokunun final oyunu baş tutub. Final oyununda "BBA" və "AZE U-16" komandaları üz-üzə gəliblər. Son topa qədər davam edən mübarizənin yekununda 51-48 hesablı qələbə qazanan "BBA" basketbolçuları, qadınlar arasında ilk dəfə keçirilən basketbol üzrə Azərbaycan Kubokunun sahibi olublar.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"



