MOK-da beynəlxalq seminar

post-img

Azərbaycan Milli Olimpiya Ko­mitəsinin (MOK) inzibati binasında “Olympic Solidarity” və “World Ath­letics” təşkilatlarının dəstəyi ilə at­letika üzrə 1-ci dərəcəli məşqçilərin beynəlxalq seminarına start verilib. 

Seminarın əsas məqsədi Azərbay­canda atletika idman növünün inkişaf etdirilməsinə, atletika üzrə məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması, bilik bacarıqlarının təkmilləşdirilmə­si, yeni və müasir tədris metodlarının aşılanmasıdır. Seminarın ilk günündə məşqçilərə nəzəri məlumatlar verilib.

Seminarın açılışında Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və Atletika üzrə yığma komandanın baş məşqçisi Bəh­ruz Salehli çıxış edərək iştirakçılara uğurlar diləyiblər.

Qeyd edək ki, seminar nəzəri və praktiki hissələrdən ibarət olmaqla aprelin 13-dək Milli Olimpiya Komitə­sinin inzibati binasında və Respublika Olimpiya Mərkəzində davam edəcək. Seminarın sonunda iştirakçılara sertifi­katlar təqdim olunacaq.

Seminarı I dərəcəli beynəlxalq mü­hazirəçilər - Hakim İbrahimov və Qılınc Əhmədov aparacaqlar.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

 

İdman