Tbilisidə daha bir medal

post-img

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə 7 idmançı ilə mübarizəyə qoşulan Azərbaycan cüdoçuları 1 qızıl, 1 və bürünc medal qazanıb.

Qeyd edək ki, biraz əvvəl ilk gündə 5 çəki dərəcəsində 7 cüdoçumuzun tatamiyə çıxdığını və kişilər arasında -60 kq çəkidə mübarizə aparan həmyerlimiz Turan Bayramovun qızıl medal qazandığını xəbər vermişdik. 

Qeyd edək ki, onun ardınca qadınlar arasında -52 kq çəki dərəcəsində xanım təmsilçimiz Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə çinli idmançı Yeqinq Junu məğlub edib.

Elçin Abbasov,
"Xalq qəzeti"

İdman