Misli Premyer Liqası təmsilçisi “Qarabağ”la Türkiyə Super Liqasının aparıcı klublarından olan “Qalatasaray” arasında keçiriləcək matçın başlamasına iki gün vaxt qalıb. Yəqin, futbolla az-çox maraqlanan hər kəsə yaxşı bəllidir ki, bu matç xeyriyyə məqsədilə keçirilir. Əslində, futbol həmrəylik rəmzi sayılır. Komandanın vəhdət şəklində meydanda mübarizə aparması bunu sübuta yetirir. Bu, birlik, həmrəylik və vəhdət xalqlarımız arasında da getdikcə möhkəmlənir. Elə bunun göstəricisidir ki, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə bu matçın keçirilməsi nəzərə alınıb. Biıet satışından əldə ediləcək gəlir də qardaş ölkədə baş vermiş zəlzələdən zərər görənlərə yardım üçün göndəriləcək.
“Qarabağ” komandası ilə "Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyunu Türkiyənin “Haber Global” televiziya kanalı vasitəsilə canlı yayınlanacaq.
Məlumat üçün deyək ki, martın 26-da keçiriləcək görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Matç saat 20:00-da start götürəcək.
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"