Azərbaycan millisinin oyununun baş hakimi açıqlandı - Qadın olacaq

post-img

Avro-2024-ün seçmə mərhələsinin İsveç - Azərbaycan matçının hakim təyinatları açıqlanıb.

Qol.az xəbər verir ki, təyinat barədə məlumat UEFA-nın saytında yer alıb. Görüşün baş hakimi Fransa Futbol Federasiyasından qadın referi Stefani Frappar olacaq. Ona Mikael Berşebryü, Matye Qrobost və Bastyen Deşpi (dördüncü hakim) kömək edəcəklər.

Xatırladaq ki, Avro-2024-ün 2-ci turunun İsveç - Azərbaycan matçı martın 27-i, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
 

İdman