Cüdoçularımız Yaponiyada

post-img

Azərbaycanın cüdo üzrə milli yığ­ma komandası fevralın 20-dən eti­barən Yaponiyada Kokuşikan Uni­versitetində təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir. Təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandasının 17 üzvü qatılıb. Hazırlıq prosesi martın 4-nə qədər davam edəcək. Bu barədə qəzetimizə Azərbaycan Cüdo Federasiyasından bildirilib. 

Kişilərdən ibarət milli yığma koman­danın baş məşqçisi Riçard Trautmanın sözlərinə görə, sözügedən təlim-məşq toplanışı may ayında Qətərdə baş tuta­caq Dünya çempionatına uzunmüddətli hazırlığın bir hissəsidir. Həmçinin hazır­lıq prosesi milli yığmanın idmançıları­nın bilik və bacarıqlarını artırmaq üçün əla fürsət yaradır: “Təlim-məşq zamanı idmançılar dözümlülüklərini artırırlar. Əsasən klassik üslubda güləşən idman­çılara qarşı hücum və müdafiəni təkmil­ləşdirirlər.”

Qeyd edək ki, təlim-məşqdə Azər­baycan idmançıları ilə yanaşı, İsrail, Gür­cüstan, Almaniya və Yaponiya milli yığ­malarının idmançıları da iştirak edirlər.

Təlim-məşq toplanışında Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bay­ramov, Nazir Talıbov (-60 kq.), Orxan Səfərov, Yaşar Nəcəfov (-66 kq.), Hi­dayət Heydərov, Nurlan Osmanov (-73 kq.), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev (-81 kq.), Məm­mədəli Mehdiyev, Murad Fətiyev (-90 kq.), Zelim Kotsoyev (-100 kq.), Uşanqi Kokauri və Camal Qamzatxanov (+100 kq.) iştirak edirlər.

Cüdoçularımıza performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edirlər.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman