İşıqforlarda dördüncü işıq...

post-img

Şimali Karolina Dövlət Universi-tetinin tədqiqatçıları nəqliyyatda tıxac səviyyəsini azaltmaq üçün işıqforlara dördüncü rəng – ağ rəngin əlavə edilməsini təklif ediblər. 

Onların fikrin­cə, yol kəsişmələri üçün təklif edilən bu konsepsiya sü­rücülərə yolda nə baş verdiyini daha yaxşı anlamağa kömək edəcək, eyni zamanda, nəqliyyat axınına nəzarət etməyə, vaxta və yanacağa qənaət etməyə imkan verəcək. Xəbəri “sciencealert.com” saytı verib. 

Belə ki, qırmızı işıq “dayan”, ya­şıl işıq “get” demək olduğu kimi, ağ işıq da sürücülərə, sadəcə, qarşıdakı avtomobili izləmələrini söyləyəcək. Avtonom (yəni, ağıllı) maşınların sürü­cülərinin ağ işığa “baxmağa” ehtiyacı olmayacaq, çünki onlar “wifi” vasitə­silə işıqforla əlaqələndiriləcək. 

Tıxac zamanı sürücü ağ işıq va­sitəsi ilə önündəki avtomobilin is­tiqamətini izləmək üçün məlumat­landırılacaq: avtomobil dayanarsa dayansın, davam edərsə davam etsin. Yol kəsişmələrində nəqliyyat vasitələ­rinin sayı müəyyən həddən aşağı düş­dükdə isə işıqforlar normal qırmızı, sarı və yaşıl seçimə qayıdacaq.

Konsepsiya kompüter modellərin­dən istifadə edilərək kiçik bir simul­yasiya üzərində sınaqdan keçirilib. Nəticədə ağ işıq nəqliyyatın hərəkətini əhəmiyyətli miqdarda sürətləndirib, tıxaclar isə azalıb. Tədqiqatçılar yeni sistemin yaxın gələcəkdə tətbiqinin çətin olacağını etiraf etsələr də, pilot sınaqlara başlayacaqlarını bildiriblər.

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Sosial həyat