Tennisçilərin Portuqaliya sınağı

post-img

Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edirlər. Belə ki, fevralın 25-dən martın 3-dək Por­tuqaliyanın Vila Real şəhərində təşkil olunan “WTT Youth Contender Vila Real 2023” yarışına iki idmançımız qa­tılıb. Seçmə komandanın məşqçiləri Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Portuqaliya sınaqlarında Mərziyyə Nurmətova və Adil Əhmədza­də bacarığını nümayiş etdirəcəklər. 

Qeyd edək ki, 25-27 fevral tarixlərin­də qızlar şəxsi turnirdə qalibi müəyyən­ləşdirəcəklər. Fevralın 28-də idmançılar qarışıq - qoşa yarışlarda qüvvələrini sına­yacaqlar. Martın 1-dən 3-dək isə oğlanlar şəxsi yarışlarda mübarizə aparacaqlar.

 

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman