Qələbə səninlə olsun, “Qarabağ”!

post-img

Bu axşam Bakı vaxtı ilə 00:00-da UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyunu start götürəcək.

Qeyd edək ki, ölkəmizin futbol ictimaiyyəti “Qelamko Arena”da baş tutacaq qarşılaşmanı səbirsizliklə gözləyir. Ağdam klubunun Bakıda keçirilən ilk qarşılaşmada minimal hesablı qələbəsi də azarkeşlər üçün böyük stimul oldu. İndi hamı “Qarabağ”dan təmkinli oyun nümayiş etdirərək səfərdə də əzmkar qələbə və yaxud da ən azı heç-heçə etməyi gözləyir.  Çünki növbəti qələbə bə ya heç-heçə sayəsində “Qarabağ” növbəti mərhələyə adlayacaq.

Biz isə Ağdam təmsilçisinə uğurlar arzulayırıq. Qələbə səninlə olsun “Qarabağ”!

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman