DİN-in Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, aprelin 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
N.Adilqızı
XQ

