57,6 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çixarılıb

post-img

DİN-dən XQ-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 5-də ümumi çəkisi 57,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 27,6 kiloqrama yaxın heroin, 26,4 kiloqramdan artıq marixuana, 3,6 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 1723 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

N.Adilqızı
XQ

Hadisə