Ötən gün 24 cinayətin üstü açılıb

post-img

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 25-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 215, o cümlədən borclu şəxs qismində axtarışda olan 183 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 22 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

N.Adilqızı
XQ 

 

Hadisə